Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğınla bağlı araşdırma aparılır


Digərləri 03 Apr 2018 18:07:00 199 0

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğınla bağlı araşdırma aparılır

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və müvafiq şöbələrin rəhbərləri yanğın baş verən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazidədirlər.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.

E. Qədimov deyib ki, həmin ərazidə müvafiq araşdırma işləri aparılır və çox qısa zamanda müvafiq tədbirlər görüləcək.