Türkiyədə "Akkuyu" AESin təməlqoyma mərasimi keçirilib


Dünya 03 Apr 2018 18:08:00 215 0

Türkiyədə "Akkuyu" AESin təməlqoyma mərasimi keçirilib

Türkiyənin Mersin vilayətində "Akkuyu" atom elektrik stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər.

Türkiyə və RF hökumətləri arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb.