"Ancaq söyürlər, təhqir edirlər"


Siyasət 03 Apr 2018 17:18:00 194 0

"Ancaq söyürlər, təhqir edirlər"

"Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var. Mən o vaxtki iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm".

Son.az olaylar.az-a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat, Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, radikal müxalifətə ona görə müxalif olub ki, onlar məhz bugünkü iqtidarın yanında olublar: "Gizli və açıq şəkildə. Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib. Parlamentində də oturublar, xeyirini də görüblər. İndi isə iqtidardan qovulandan sonra olublar qəhrəman, radikal müxalifət. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilərəm. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, gələrəm hakimiyyətə və Azərbaycan Suriyanın halına düşə bilməz. Bunu heç kim deyə bilmir. Ancaq söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz də öz növbəmizdə bunu edənləri pisləyirik".