Komitə: Şəhidlər Xiyabanı ərazisində sürüşmə prosesi müşahidə edilmir - FOTOREPORTAJ


Digərləri 03 Apr 2018 16:38:00 220 0

Komitə: Şəhidlər Xiyabanı ərazisində sürüşmə prosesi müşahidə edilmir - FOTOREPORTAJ

"Report"un əməkdaşları əraziyə baş çəkib

Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı son sürüşmə hadisəsindən sonra ərazidəki digər yaşayış və qeyri-yaşayış yerləri üçün də təhlükə yaranıb. Bakının aktiv sürüşmə zonasında yerləşən, sürüşmə təhlükəsi olan sahələrdən biri də Bayıl sürüşmə zonasınınyaxınlığında yerləşən Şəhidlər Xiyabanıdır. "Report"un əməkdaşları Şəhidlər Xiyabanı ərazisində sürüşmə ilə bağlı vəziyyəti öyrənmək üçün əraziyə baş çəkib.

Bu ərazilərdə sürüşmə halının baş verməsi yeni hadisə deyil, sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Sürüşmənin aktivləşməsinəisə yağıntıların normadan artıq olması, ərazinin normadan artıq yüklənməsi, tikinti işlərinin aparılması və s. təsir edir.

"Report"un əməkdaşları Şəhidlər Xiyabanında olarkən müşahidə edib ki, ərazidəki çatlar son günlər yoxlanılıb, çatların üstündə olan mayakların bəziləri dəyişdirilib, bəziləri bərpa olunub. Ərazidə olan təmizliyə baxan şəxslər bildiriblər ki, son aylar mütəxəssislərçatları tez-tez yoxlayırlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Şəhidlər Xiyabanı ərazisində hazırda sürüşmə prosesi müşahidə edilmir: "Çatların açılma enində dəyişiklik yoxdur. Əraziyə davamlı olaraq ayda bir neçə dəfə baxış keçirilir, çatlamış və ya qopmuş mayaklar yenisi ilə əvəzlənir. Mart ayının 28-də aparılan yoxlamanın nəticəsinə əsasən mayaklarda çatlar yaranmayıb. Bu da onu göstərir ki, hazırda ərazidə sürüşmə prosesi getmir. Əraziyə növbəti baxış bu aykeçiriləcək".

Müxbir: Aynur Osmanqızı