DİM sədri: “Monitorinq imtahanlarında riyaziyyat üzrə müsbət dinamika müşahidə olunmur”


Digərləri 03 Apr 2018 16:10:00 268 0

DİM sədri: “Monitorinq imtahanlarında riyaziyyat üzrə müsbət dinamika müşahidə olunmur”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının bu gün keçirilən iclasında monitorinq imtahanları ilə bağlı müzakirə aparılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrinə dair qısa statistik təhlil təqdim edərək bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur.

O qeyd edib ki, ingilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib: "Nəticələrin təhlili göstərir ki, qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz" tipli suallarda imtinaların sayı daha yüksəkdir (70 %)".

DİM sədrinin sözlərinə görə, həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir ki, problemin həlli yolu müəyyən edilsin.