Millimiz Bakıda 3 oyun keçirəcək


İdman 03 Apr 2018 15:31:00 248 0

Millimiz Bakıda 3 oyun keçirəcək

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

Goal.az xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək komandamız ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

Oyunların keçiriləcəyi stadion və başlama saatı ilə bağlı əlavə məlumat verilməyib.