"Mən də deputat olacam" Ölən süpürgəçinin 9 yaşlı qızı VİDEO FOTO


Digərləri 03 Apr 2018 15:08:00 229 0

"Mən də deputat olacam"  Ölən süpürgəçinin 9 yaşlı qızı  VİDEO  FOTO

Son.az yenicag.az-ın reportajın təqdim edir:

Kənardan baxanda ilk baxışdan 9 yaşlı Jalənin heç nəyi dərk etmədiyini düşünürsən. Özü üçün qaçır, hoppanır, tullanırdı... Ancaq heç də belə deyildi. Xalası Tünzalə xanım söhbət əsnasında dedi ki, Jaləni anasının məzarından qoparmaq olmurdu. Pambıq kimi əlləri ilə torpağı cırmaqlayıb, "ana, mən pis övladam. Sən ölmüsən, mən isə burda atılıb-düşürəm", deyirdi...

Soruşduq: "Jalə, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?" Bir qədər düşündükdən sonra "deputat" cavabını verdi. Deyəsən, bu, taleyin ironiyası idi. Amma əmin olun ki, Jalə deputat olsa, Allah uzaq eləsin, bir də iş başında süpürgəçi ölümü qeydə alınsa, o, millət vəkili Musa Quliyev kimi "onu işləməyə nə məcbur edirdi?" sualı ilə çıxış etməyəcək.

Çünki o, çətinliyin nə olduğunu hələ uşaq yaşlarında görüb. Ən azından süpürgəçi qadının alın təri ilə qazandığı halal çörəyi yeyib. Dərslərini də yaxşı oxuyur, dediyini görə, "5+" alır.

Mərhumənin bacısı Tünzalə xanım da süpürgəçidir. Deyir, süpürgəçi həyatı cəhənnəmdir. Təhlükəli iş görmələrinə baxmayaraq, aldıqları maaş 250 manat civarındadır.


Xəbərə aid fotolar