7 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 03 Apr 2018 14:32:00 246 0

7 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Aprelin 2-də keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Əkbərovdan çəkisi 5 kiloqram 150 qram narkotik vasitə olan marixuana götürülüb.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həmid Axundovdan 70 qram marixuana və 1 ədəd bıçaq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 745 qram marixuana, nömrəsi silinmiş "AK-74" silahı, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.