"Mədəmi tamamilə çıxartdırdım, bir ədəd yarpaqdolması yeyə bilirəm" Toppuş bacı


Şou-biznes 03 Apr 2018 14:36:00 240 0

"Mədəmi tamamilə çıxartdırdım, bir ədəd yarpaqdolması yeyə bilirəm"  Toppuş bacı

Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb.

T.Əliyeva əməkdaşımızla söhbətində bunu təsdiqləyib. O, hazırda mədəsiz olduğunu bildirib:

"Mədəmi tamamilə çıxartdırdım. Onun əvəzinə çeçələ barmaq böyüklüyündə bir borucuq qalıb. İndi həkimlər çalışır ki, onun həcmini bir az böyütsünlər. Əvvəl yalnız bir ədəd yarpaqdolması yeyə bilirdim. Gün ərzində istədiyimi yeyə bilərəm, amma az miqdarda. Çox yeyə bilmərəm, qaytarıram. Arıqlamağım davam edir, hər şey yaxşıdır".