Təranə şoubiznesdən getdi,


Şou-biznes 03 Apr 2018 14:27:00 252 0

Təranə şoubiznesdən getdi,

Prodüser Təranə Səmədova şou-biznesdən uzaqlaşıb.

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən prodüser bildirib ki, özünə başqa biznes qurub:

"Şou-biznesdə normal pul qazana bilən müğənni qalmayıb. Yeni başlayanların isə pulu yoxdur. Bundan sonra kimləsə havayı işləyəcək deyiləm. İllərdir çalışan sənətçi normal pul qazana bilmir, o ki qala yeni başlayan. Təkliflər alıram, amma maddi dəstəyi mənim tapmağımı istəyirlər. Bir vaxtlar pul yatırıb, tanıtdığım müğənnilər sonradan üzümə ağ oldular. Daha belə səhv etmərəm.

İndi avtomobillərin kirayəsi ilə məşğul olan şirkətdə çalışıram. Biznesin öz sahibi var, idarəçiliyi mənə həvalə edib".