Bakıda sanatoriya yanır Zəhərlənənlər var


Digərləri 03 Apr 2018 14:13:00 230 0

Bakıda sanatoriya yanır  Zəhərlənənlər var

Bakıda sanatoriya binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Son.az xəbər verir ki, yenicag.az-a hadisə şahidləri məlumat verib ki, məcburi köçkünlərin yaşadığı"Gilavar" sanatoriyasında yanğın binanın zirzəmisindən başlayıb.

Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.