Siyavuş Novruzov: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır"


İqtisadiyyat 03 Apr 2018 13:12:43 259 0

Siyavuş Novruzov: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır"

"Valyutadəyişmə məntəqələri biznesi də inhisara alınıb"

"Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi iləbağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədəbir dəyişiklik yoxdur".

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

"Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesidakimsə inhisara alıb. Bu məsələyəaydınlıq gətirilməlidir", - deyə o, qeyd edib.

Bundan başqa, Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirilməlidir. "Seçicilərlə görüşdə kreditlərlə bağlı məsələlər qaldırılır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın. Burada hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın almaq üçün götürüb. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğundəyərləndirilməlidir. Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, ammaproblem həll olunmamışqalır".