Oğlunun gözü qarşısında 52 yaşlı anasını ZORLADI VƏ... Qubada DƏHŞƏTLİ OLAY


Digərləri 03 Apr 2018 13:15:00 293 0

Oğlunun gözü qarşısında 52 yaşlı anasını ZORLADI VƏ...  Qubada DƏHŞƏTLİ OLAY

Quba rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bəhruz Paşayev 2016-cı il sentyabrın 29-da həmkəndlisi Əvəz Babayevin Quba rayonunun Alekseyevka kəndində keçirilən toy məclisində iştirak edib, spirtli içki qəbul edib.

Bəhruz Paşayev sərxoş vəziyyətində saat 22-də 1964-cü il təvəllüdlü Sahibə Babayevanın (ad və soyad şərti verilib - H.Z.) yaşadığı Mirzəqışlaq kəndində yerləşən evin qarşısına gəlıb. O, Sahibə Babayevanın yatdığı otağa daxil olub.

Sahibə Babayeva ilə cinsi əlaqədə olmaq məqsədi ilə zor tətbiq edib. Cinsi əlaqədə olmaq istəyən Bəhruz Paşayev Sahibə Babayevaya xəsarətlər yetirib.

Bu zaman Sahibə Babayeva Bəhruz Paşayevdən aralanmağa nail olub və yerindən qalxaraq özünü müdafiə etmək məqsədilə odun peçinin üzərindəki qaynar su ilə dolu qəhvədanı götürərək onun üstünə töküb.

Daha sonra əlbəyaxa olan Bəhruz Paşayev Sahibə Babayevanı yenidən döşəməyə yıxaraq, əynindəki paltarı soyundurmaq istəyib. Həmin vaxt Sahibə Babayeva corabını soyunmaq adı ilə Bəhruzu aldadıb və yerdən ayağa qalxıb. Yerdən qalxan Sahibə Babayeva otaqdan bayıra qaçıb.

Bəhruz Paşayev isə dalınca qaçmaqla qadını tutub geri gətirib. Sahibə Babayeva Bəhruzun ondan əl çəkmədiyini görərək qışqırıb. Bu zaman otağa qadının oğlu Sahil girib.

"Əri intihar edəndən sonra aramızda münasibət yaranıb"

Sahil Babayev Bəhruz Paşayevi anasının üstündə olduğu vəziyyətdə görüb. Sahil qəhvədanın qapaq hissəsi ilə Bəhruz Paşayevin baş nahiyəsindən bir neçə dəfə vurub.

İstintaq orqanı tərəfindən Bəhruz Paşayevə qarşı Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1.-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Quba rayonunun Mirzəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır: "Sahibə Babayeva kənddə mağaza işlədib. Onun əri intihar edəndən sonra aramızda münasibət yaranıb. Bu münasibətin yaranmasına təklifi Sahibə edib".

"7-8 il intim münasibətlərimiz olub"

Bəhruz Paşayevin sözlərinə görə, 2004-cü ilin yay aylarında Sahibə onu evinə çağırıb və həmin gündən başlayaraq onların arasında 7-8 il intim münasibətlər yaşanıb: "Valideynlərim bu barədə öyrəndikdən sonra 2013-2014-cü illərdə həmin münasibətləri kəsmişəm. 2016-cı il sentyabrın 29-da qonşumuz Əvəzin toyunda ailəvi iştirak etmişik. Toyda Sahibə yerini dəyişərək, digər stola keçdi. Orada mənimlə üzbəüz oturdu. Spirtli içki içdiyimdən sərxoş olmaqla qadının açıq-saçıq geyimi məni cəlb etdi".

"Ayılanda qan içində gördüm"

Bəhruz Paşayev qeyd edib ki, təxminən saat 21-də toydan çıxaraq kəndə qayıdıb: "Kənddə Sahibə əli ilə işarə edərək məni dükana çağırdı. Orada oğlanlarının aramızdakı münasibətdən şübhələndiklərini dedi. Bu vaxt Sahibənin kiçik övladı Sahil qapını açaraq içəri girdi. Oğlunu görəndə Sahibə mənə əl-qol atmağa başladı. Sahil isə odun peçinin üzərində olan qaynar su ilə dolu qəhvədanı götürərək üzərimə atdı. Bundan sonra Sahibənin böyük övladı İlkinin arvadı da oraya gəldi. Əllərində olan məişət ləvazimatları ilə məni döyməyə başladılar. Bundan sonra huşumu itirdim, ayılanda artıq yolda qan içində olduğumu gördüm. Qonşumuz Eyvaz Məmmədovu çağıraraq, onun evinə getdim. Oradan qonşumuz Sakit Məmmədov və anamla birlikdə xəstəxanaya getdik. Həkimlərin mənə tibbi yardım göstərdikləri zaman kürək nahiyəmdən iki dəfə güclü zərbə aldığımı hiss etdim. Sonradan məni bıçaqla vuran şəxsin Sahibənin ortancıl övladı Vidadinin olduğunu bilmişəm".

"Ərim intihar edib"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, Quba rayonunun Mirzəqışlaq kəndində övladları İlkin, Vidadi və Sahil, gəlini və nəvəsi ilə birlikdə yaşayır: "Ərim spirtli içkiyə aludə olmaqla 2003-cü il yanvarın 14-də sərxoş vəziyyətdə evin həyətindəki tövlədən özünü asaraq intihar edib. 2016-cı il sentyabrın 29-da saat 15-də Quba rayonundakı "Ülviyyə" şadlıq evində qonşumuz Əvəzin toy məclisində iştirak etmək üçün kiçik övladım Sahil, qayınlarımın arvadları və qonşularımızla birlikdə avtobusla şadlıq evinə getdik. Toyda hamımız bir stolda oturduq. Sonra isə gəldiyimiz avtobusla evə qayıtdıq".

"Məni tutmaq istədi"

Sahibə Babayevanın sözlərinə görə, evə çatdıqdan sonra həyətində işlətdiyi mağazanın yardımçı otağında əyləşərək alma yeyə-yeyə televizora baxıb: "Bu zaman Xanlar adlı qonşumuz mağazaya gəldi və dəftər-qələm aldı. Həmin vaxt qonşumuz Sərxan Paşayev və Asim Abasov mağazanın qabağında dayanaraq söhbət edirdilər. Təxminən 15 dəqiqədən sonra Bəhruz Paşayev yardımçı otağın həyət tərəfdən olan qapısını açaraq içəri girdi. Həmin qapı evin həyətinə açıldığından oradan ancaq özüm və ailə üzvlərimiz istifadə edir. Bəhruz Paşayevin həmin qapıdan istirahət etdiyim otağa icazəsiz daxil olduğu üçün yerimdən qalxdım. Ona "hara gəlirsən, çıx bayıra", - deyə bildirdim. Lakin Bəhruz sözlərimə əhəmiyyət vermədi, üstümə gələrək, məni tutmaq istədi. Əlimdəki almanı kəsmək üçün istifadə etdiyim bıçaqla Sərxanın başına, üzünə, boynuna, kürəyinə 5-6 bıçaq zərbəsi vurdum".