Azərbaycanla Əfqanıstan arasında iki sənəd ratifikasiya olunub


Digərləri 03 Apr 2018 13:01:00 162 0

Azərbaycanla Əfqanıstan arasında iki sənəd ratifikasiya olunub

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Əfqanıstan arasında iki saziş müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Əfqanıstan arasında iki saziş müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin və "Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Hər iki sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin