“Şişkan” bir nömrə ola bilməz, əsas oyunçular Quli və “Taro”dur


Kriminal 03 Apr 2018 13:01:00 263 0

“Şişkan” bir nömrə ola bilməz, əsas oyunçular Quli və “Taro”dur

Bir müddət əvvəl Rusiyanın kriminal saytları xəbər verdi ki, keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru "Şişkan" ləqəbli Oleq Şişkanov elan edilib.   Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype"la qatıldığı "sxodka"dan sonra həll edilib. "Sxodka"da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak"a Vasili Xristoforov (Vasya Voskres) və Merab Qoqiya (Meliya) nəzarət edəcək.   Guya Şişkanın namizədliyi Eduard Asatryan, (Edik Osetrina), Yuri Piçuqin (Piçuqa), Tariel Oniani kimi nüfuzlu qanuni oğrular tərəfindən də dəstəklənib.

Son.az sfera.az-a istinadən xəbər verir ki, əslində, bu məlumatlar həqiqəti əks etdirmir.

Əvvala hamı bilir ki, "Şakro " "Ded Xasan"ın varisidir. "Şişkan" isə qanuni oğru Tariel Onianinin klanına daxildir. Heç kimə də sirr deyil ki,  "Ded Xasan"ının qətlini məhz Tariel Oniani sifariş verib.

Belə olan halda Zaxari Kalaşov Oleq Şişkanovun namizədliyin necə dəstəkləyə bilər?