Abşeronda bibisini baltalayıb öldürən şəxsin məhkəməsi başladı


Digərləri 03 Apr 2018 13:05:00 215 0

Abşeronda bibisini baltalayıb öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs edilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 9-na təyin edilib.

İttihama görə, ötən il Abşeron rayonunun Masazır qəsəbəsində qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevanı balta ilə qətlə yetirib.