Aprelin 1-də keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlandı


Digərləri 03 Apr 2018 12:56:00 178 0

Aprelin 1-də keçirilmiş sınaq imtahanının NƏTİCƏLƏRİ açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 3-də saat 12:45-dən etibarən elan edib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 1-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 3-də saat 12:45-dən etibarən elan edib. DİM-dən Trend-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23579 abituriyentdən 256 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.