"Media bundan konflikt yaratmağa çalışır"


İdman 03 Apr 2018 12:30:00 227 0

"Media bundan konflikt yaratmağa çalışır"

"Roma" və Argentina millisinin yarımmüdafiəçisi Diyeqo Perotti Messi və Dibala arasında mövqe mübarizəsi barədə danışıb. Goal.az xəbər verir ki, Perotti "Barcelona"nın ulduzuna haqq qazandırıb.

"Məncə, Dibala bu sözlərlə onu nəzərdə tutmayıb ki, Messi ilə birlikdə oynaya bilməzlər. Sadəcə onlar eyni mövqedə, oxşar tərzdə oynayırlar. Messi daha yaxşı olduğundan Paulo onun yerini tuta bilməz. Dibala bildirmək istəyib ki, eyni mövqedə oynasalar, meydanda toqquşa bilərlər. Media bundan konflikt yaratmağa çalışır".