Azər Türk Bank "Lombard krediti" təklif edir


Digərləri 03 Apr 2018 11:55:00 242 0

Azər Türk Bank "Lombard krediti" təklif edir

Dövlət bankı Azər Türk Bankın hər zaman əlverişli şərtlərlə təqdim etdiyi müxtəlif növ kredit məhsullarının sırasına "Lombard krediti" də əlavə olundu. Müştərilərinin iqtisadi rifahının yaxşılaşmasına önəm verən bank indi özünün Gəncə filialı vasitəsilə, müəyyən aylıq gəliri olan hər bir fiziki şəxsə sərfəli faizlərlə "Lombard krediti" təklif edir.

6, 12, 18 ay müddətinə rəsmiləşdirilən bu kreditin maksimal məbləği 10 min manatdır. Qeyd edək ki, girov qismində qızıl-zinət əşyaları və bank metalları qəbul edilir.