Gürcüstandan Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib


Digərləri 03 Apr 2018 11:45:00 171 0

Gürcüstandan Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib

Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Bakı. Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.