Abşeronda bibisini baltalayıb öldürən şəxsin məhkəməsi başladı


Digərləri 03 Apr 2018 11:48:51 202 0

Abşeronda bibisini baltalayıb öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs edilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs edilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 9-na təyin edilib.