“Gizlənməyimin səbəbi qorxduğum üçün deyil”


Şou-biznes 03 Apr 2018 11:35:00 195 0

“Gizlənməyimin səbəbi qorxduğum üçün deyil”

"ARB Ulduz"un "Şou Məkan" verlişinin növbəti qonağı müğənni Bahar Lətifqızı olub. 

Son.az bildirir ki, müğənni, ilk olaraq, xüsusi günlərə sərf edəcəyi zamanı övladına həsr etməyi daha uyğun hesab etdiyini bildirib: "Mənim bu gün hamıdan gizlənməyimin səbəbi yeyib-içməkdən qorxduğum üçün deyil. Çünki istəmirəm edim. Uşağım səhər dərsə gedir. Müəllimi gəlir dərsini keçir. İstədim bu günümü uşaqlarıma sərf edim. Amma dostlarım məni qoymurlar". Müğənnin dostları isə ad günü keçirmək istəməyən Bahar Lətifqızına sürpriz doğum günü təşkil ediblər: Xalidə: "Yeganəylə danışdıq ki, Bahar ad günü keçirmək istəmir. Biz də ona sürpriz etdik. Dedik başqa adla çağıraq gəlsin oturaq". Bahar Lətifqızı: "Özü də deyir ki, uşaqları da götür. Bu birisi də yazıq sifət alıb ki, sən canın Ömər də yanımdadır. Uşağı da götür, gəl. Yer var, ora gedəcəyik. Gəlmişəm ki, maşallah, hər şeyi hazırlayıblar". Bahar onun üçün belə bir doğum günü sürprizi edən dostlarının olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb: Yeganə: "Xalidə xanım axşam mənə zəng etdi ki, Yeganə necə edək? Bahar, doğrudan, doğum günü keçirtmək istəmir. Ən böyük səbəbkar Xalidə xanım olub. Mənə dedi, mən də Rəvana. Belə-belə hamını yığdıq. Hər şeyi planlaşdırdıq, bir də baxdıq ki, işin içindəyik". Rəvan Qarayev: "Mən Baharı çox istəyirəm. Biz 5 nəfərik əslində. Yaxın dostlarıq. Ən sonda mənə deyiblər. Xalidə günorta deyib mənə. Ən sonda mən öyrənmişəm. Təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm".  Sənətçinin bu özəl və gözəl günündə onunla bərabər olub, tək buraxmayan, dostları da müğənni üçün olan ürək sözlərini, təbrikləri çatdırıblar: Yeganə: "Bahara qadın xoşbəxtliyi arzulayıram. Baharın iki övladı var. Onları can sağlığıyla böyütməyi arzulayıram. Hər zaman balalarının üstündə olsun". Xalidə: "Mən də təbrik edirəm. Allah balalarının xoş gününü nəsib etsin. Bunlar mənim uşaqlarımdır. Mənə də nənə deyirlər. Bütün yaşları ona uğur gətirsin. Bahar Lətifqızı: "Nə qədər məni təbrik etmək istəyən varıydı, nə qədər insan məni təbrik etdi, mən də hər birinizə təşəkkür edirəm. Onların mənə arzuladığının 10 qat artığını dostlarıma, məni sevənlərə arzu edirəm". Müğənni təbrik üçün onu ən tez yada salandan danışıb: Bahar Lətifqızı: "Dünən ilk zəng edən elə Xalidə xanım oldu. Onunla danışa-danışa Fidan zəng elədi. Amma iki gündür təbriklər gəlir." Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz. 


Xəbərə aid fotolar