Kasilyasdan rekord göstərici


İdman 03 Apr 2018 11:33:00 231 0

Kasilyasdan rekord göstərici

"Porto"nun Portuqaliya Premyer Liqasının 28-ci turunda səfərdə "Belenenseş" 0:2 hesabıyla uduzduğu matç qonaqların qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Kasilyas peşəkar karyerasında 1000-ci oyununu keçirib. 36 yaşlı qapıçı Raul Qonzalesdən sonra bu qədər oyun keçirmiş ikinci ispan olub.

Qeyd edək ki, Kasilyas "Real"da 725, "Porto"da 108 və İspaniya millisində 167 oyun keçirib.