DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda


Digərləri 03 Apr 2018 11:25:00 221 0

DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda

7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Bakı. 7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib. Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.