“AMEA ləğv olunmalı, rayon qızlarına özəl məktəb açılmalıdır...” Millət vəkilinin təhsil “resepti”


Digərləri 03 Apr 2018 11:12:00 299 0

“AMEA ləğv olunmalı, rayon qızlarına özəl məktəb açılmalıdır...”  Millət vəkilinin təhsil “resepti”

Ölkənin hərtərəfli inkişafı üçün öncə təhsilli vətəndaşlara ehtiyacı var. Amma bu təhsil ötəri yox, ciddi islahatlar fonunda həyata keçirilməlidir.

Son.az xəbər verir ki, AzEDU saytı təhsilin günümüzdəki əsas, gözədəyən problemləri ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib:

"Mən əsas problemi təhsilin əlçatanlığında görürəm. Birincisi, Azərbaycan uşaqlarının hamısının təhsillə təmin olunmması üçün daha fərqli metodologiya tətbiq olunmalıdır. İkinci növbədə isə bölgələrdə qızların təhsili ilə bağlı ciddi problemlərin olduğunu düşünürəm. Onların təhsili üçün alternativ variantların tapılmasını təklif edirəm. Qızlar üçün özəl peşə liseylərinin açılmasını, onların orada təhsil almasını təmin etmək və Azərbaycan qadınının savadlı olması yolunun tapılması mütləqdir".

Deputat bunun qızların sosiallaşmasına nə dərəcədə təsir göstərəcəyi haqda da danışıb:

"Onsuz da orta təhsilin Azərbaycan uşaqlarının mükəmməl savadlı yetişməsinə effektiv təsiri yoxdur. Çünki daha çox insan imtahanlara repititor vasitəsilə hazırlaşır. Orta məktəb nə sosiallaşmağa xidmət edir, nə də insanların fiziki inkişafına, əqli və praktik zəka vərdişlərinin əldə olunmaslna kömək edir. Bunun səbəbi məktəb fəlsəfəsi tamamilə yanlış olmasıdır. Yeni idman infrasturukturu yoxdur, laboratoriya keyfiyyətli vəziyyətdə deyil, kompüterləşmə formal, statistik xarakter daşımağa başlayıb. Bunun uşaqlara müsbət təsiri yoxdur.

Bu gün mənasız dərslərində sayı, yükü çoxdur. Halbuki müasir biliklərə yiyələnməyə imkan verən dərslərə üstünlük verilməlidir. Həmçinin uşaqlar test üsulu ilə müstəqil düşünəbilən, fikrini ifadə edən obrazda yetişə bilmirlər. Bunlar böyük islahat tələb edən məsələdir. Hesab edirəm ki, daha fundomental islahatlara ehtiyac var".

O, həmçinin, ali məktəblərin tamamilə müstəqilləşməsi və Azərbaycandakı bəzi elm qurumlarının reformasiyasına ehtiyac olduğunu dilə gətirib: "Məsələn AMEA kimi faydasız, fəaliyyətinin heç bir mənası olmayan bir sturukturun daha çox tədqiqat xarakterli sistemə çevrilməsi barədə düşünürəm. Bu gün tədqiqat sahəsinə gedənlərin sayı da çox deyil. Bu sahədə AMEA da artıq elə bir keyfiyyətli elm müəssisəsi kimi fəaliyyət göstərə bilmir. Sadəcə titul və imtiyazlardan ibarət quruma çevrilib. Ona görə də elm sahəsində Azərbaycanda ümumiyyətlə müasir standartlara cavab verməyən vəziyyətdədir.