Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır


Digərləri 03 Apr 2018 11:13:00 192 0

Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır. Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq Sınaq imtahanının 12 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.