Kapital Bankın yenilənən Ağdaş filialı istifadəyə verildi


Digərləri 03 Apr 2018 10:54:00 270 0

Kapital Bankın yenilənən Ağdaş filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənən Ağdaş filialını istifadəyə verdi. Yeni konsepsiya əsasında təqdim edilən filial Heydər Əliyev xiyabanı 6 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Ağdaş filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.