Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir


Digərləri 03 Apr 2018 11:00:00 180 0

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir

Azərbaycan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu uğurla davam etdirir.

Bakı. Son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir. Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunu, hazırda reallaşdırılan, Avropanın enerji təhlükəsizliyini təmin edəcək nəhəng “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərinin tikintisini, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, bundan başqa, Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması üzrə gördüyü işləri göstərmək olar. Bütün bunlarla yanaşı, ölkədə iqtisadi islahatlar davam edir, iqtisadiyyatın qeyri-neft sektoru, xüsusən aqrar sahə son illərdə sürətlə inkişaf edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişafa gedən yol dünya iqtisadiyyatına tam inteqrasiyadan keçir. Bunu Çin, Cənubi Koreya, Yaponiya, Tayvan kimi ölkələrin təcrübəsi də sübut edib. Məhz bu səbəbdən Azərbaycan son 15 ildə ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya kursunu seçdi və hazırda da bunu uğurla davam etdirir. Buna aid yüzlərlə misal çəkərək əyani olaraq aparılan iqtisadi islahatlar nəticəsində dünya iqtisadiyyatına inteqrasiya istiqamətində hər gün bir qədər də irəlilədiyimizi isbat etmək mümkündür. Bu gün inamla deyə bilərik ki, Azərbaycan proqressiv ölkədir və bizim iqtisadi formulamız uğurludur. Bizim müasir iqtisadiyyatımız var və formalaşır. Azərbaycan zənginləşir, düşmənimiz isə yoxsullaşır, zəif dövlətə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan iqtisadi siyasətin nəticəsidir. Xüsusilə vurğulanmalıdır ki, bütün dünyada iqtisadi inkişaf, qüdrətli dövlət yalnız ictimai-siyasi baxımdan sabit cəmiyyətlərdə mümkün olur. Unutmayaq ki, bu sabitliyi Azərbaycan xalqına Ulu öndərimiz Heydər Əliyev bəxş edib. Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev bu sabitliyi möhkəmləndirdi, xalqın xeyrinə bir sıra qərarlar qəbul edərək həyatın bütün sahələrində inkişafı təmin etdi. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə biz, - ictimai-siyasi sabitliyin; - dövlət quruculuğunun hər gün möhkəmləndirilməsinin; - sosial-iqtisadi inkişafın; - kənd təsərrüfatı və sənayenin inkişafının; - əhalinin sosial müdafiəsinin gücləndirilməsinin; - hərbi quruculuğun və Azərbaycan ordusunun ən müasir silahlarla təchizatının, hərbi sənayenin əsasının qoyulmasının və Azərbaycan mənşəli hərbi texnikanın istehsalının; - iqtisadi-struktur islahatların, dünyada sınanmış idarəetmə strukturunun yaradılmasının (təbii ki, bu idarəetmə strukturunun tam formalaşması zaman tələb edən prosesdir); - beynəlxalq ixtisaslara yiyələnən, xaricdə dövlət hesabına təhsil alan, savadlı, sağlam gəncliyin formalaşmasının; - yeni modern, müasir səhiyyə, təhsil ocaqlarının yaranmasının; - ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi addımların atılmasının;