Klub prezidentindən futbolçulara qeyri-adi cəza


İdman 03 Apr 2018 10:27:00 294 0

Klub prezidentindən futbolçulara qeyri-adi cəza

Yunanıstan "Olympiacos"unun sahibi Evangelos Marinakis komandanı 400 min avro cərimələyib və futbolçuların bir hissəsini mövsümün sonunu gözləmədən məzuniyyətə göndərib. 

Goal.az-ın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Marinakis komandanın nəticələrindən narazı olduğu üçün bu addımı atıb. O bildirib ki, əsas komandadan çox az oyunçu mövsümün sonunadək meydana çıxacaq. Vaxtından əvvəl göndərilənləri isə gənclərdən ibarət heyətin üzvləri əvəzləyəcək. Marianakisin fikrincə, futbolçular komandanın qayğısına qalmaqdansa daha çox yaxşı mənzillər və avtomobillər barədə düşünürlər. 

Qeyd edək ki, Yunanıstanın son çempionu olan "Olympiacos" bu mövsüm Superliqada sona 4 tur qalmış 54 xalla 3-cü yeri tutur.