Bakıda Qoşulmama Hərəkatı çərçivəsində konfransın yüksək səviyyəli məmurlar görüşü başlayıb


Siyasət 03 Apr 2018 10:13:32 259 0

Bakıda Qoşulmama Hərəkatı çərçivəsində konfransın yüksək səviyyəli məmurlar görüşü başlayıb

Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransının yüksək səviyyəli məmurlar görüşü başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, konfransa Venesuala xarici işlər nazirinin müavini Ruben Dario Molina rəhbərlik edir. 

Qeyd edək ki, nazirlər səviyyəsində əsas tədbir 5-6 aprel tarixlərində keçiriləcək.