BakıQazax magistralında yol qəzası:


Digərləri 03 Apr 2018 10:03:00 227 0

BakıQazax magistralında yol qəzası:

Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1971-cı il təvəllüdlü Abbasov Vilayət Ənvər oğlu sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə çırpıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.