DİNdən Xocavənddə polisin bıçaqlanması xəbərinə


Kriminal 03 Apr 2018 09:46:22 315 0

DİNdən Xocavənddə polisin bıçaqlanması xəbərinə

Hadisə törədən şəxs ruhi xəstədir.

Daxili İşlər Nazirliyi (DİN) Xocavənd rayonunda guya polis əməkdaşının bıçaqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Son.az-ın sorğusuna cavab olaraq 31.03.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş yazıda göstərilən xüsusatlarla əlaqədar bunları bildirib:

#638142## "Bu il martın 26-da Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə  Fəxri adlı bir nəfər ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərkən onu intizama dəvət edən, asayişin mühafizəsi üzrə qanuni vəzifələrini yerinə yetirən iki şəxsə - Xocavənd RPŞ-nin "Polisə ictimai dəstək" xidmətinin mülki əməkdaşı olan Orxan Ərşadlı və vətəndaş Sahib Məmmədova bıçaqla müvafiq olaraq ağır və yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla kifayətlənməyən həmin şəxs O.Ərşadlıya məxsus "Opel Astra" markalı avtomobilin şüşələrini də ağac parçası ilə sındırmış, ona xeyli maddi ziyan da vurmuşdur.