Rəsmi açıqlama: “Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur”


Sosial 03 Apr 2018 09:33:00 382 0

Rəsmi açıqlama: “Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur”

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti açıqlama verib

“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləriüçün isə 79 manat təşkil edir”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk vəpulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələtdaşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğbazar qiymətinə görə təyin edilir”.

S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.