Yıldırım Avropanı gözləyən bəladan danışdı: Türkiyə qaçqınların qarşısını almasa...


Digərləri 03 Apr 2018 09:27:19 196 0

Yıldırım Avropanı gözləyən bəladan danışdı: Türkiyə qaçqınların qarşısını almasa...

"Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir".

Bakı. Rufiz Hafizoğlu - Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. B.Yıldırım qeyd edib ki, əgər Türkiyə qaçqınların qarşısını kəsməsə, qaçqın adı altında terrorçular da Avropaya gələcək.