Canon 120 MPlik kamera lensini göstərdi VİDEO


Digərləri 03 Apr 2018 08:55:00 217 0

Canon 120 MPlik kamera lensini göstərdi  VİDEO

Son 2 il ərzində Canon şirkəti özünün 120 MP-lik lensi üzərində çalışır. Şirkətin fikrincə yaxın zamanda həmin lensi kommersiya məqsədli istifadə etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, bu 120 MP-lik lens çox detallı video və foto çəkmək bacarığına sahibdir. Şirkət sözügedən lensin nəyə qadir olduğunu göstərən yeni video təqdim edib. Lensin ötürücüsü 13280x9184 piksel keyfiyyətində çalışa bilir.

Son.az technote.az-a istinadən bildirir ki, bu isə hamıya tanış olan Full HD keyfiyyətindən 60 dəfə çoxdur. Bu özəllik bir qayda olaraq hətta ən maksimal proqram zoom-u halında da keyfiyyətli çəkiliş reallaşdırmağa imkan verir. Təəssüflər olsun ki, sensoru hələki smartfona yerləşdirmək mümkün deyil. Çünki onun ölçüsü çox böyükdür. Həmçinin onun qiyməti də az deyil. Lakin buna baxmayaraq sözügedən lens yaxın zamanda hansısa fotoaparat modelində yerləşdirilə bilər. Canon isə onu böyük tədbirlərdə insan kütləsini izləmək üçün işlətməyi planlaşdırır.