Bakıda sürücü maşını aşırdaraq qaçıb FOTO


Digərləri 03 Apr 2018 08:20:00 308 0

Bakıda sürücü maşını aşırdaraq qaçıb  FOTO

Hadisə Ziya Bünyadov prospektində baş verib

Paytaxtın Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Rzayev Etibar ad-soyadlı şəxs idarə etdiyi "Hundai Sonata" markalı avtomobili prospektdə aşırdaraq hadisə yerindən qaçıb.

Sürücü maşını yolun hərəkət hissəsində saxlayıb.

Onun xəsarət alıb-almadığı məlum deyil.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.


Xəbərə aid fotolar