Tesla şirkəti 123.000 avtomobilini geri çağırır


Digərləri 03 Apr 2018 08:05:00 224 0

Tesla şirkəti 123.000 avtomobilini geri çağırır

Mərkəzi ABŞ-da olan elektrikli avtomobil istehsalçısı Tesla tarixinin ən böyük geri çağırışını edib. Tesladan müştərilərinə göndərilən açıqlamada firmanın Model S avtomobilində görünən sükan problemi səbəbilə 2016-cı ilin aprelində istehsal olunan bütün Model S maşınlarının geri qaytarıldığı bildirilib.

Son.az technote.az-a istinadən bildirir ki, soyuq hava şərtlərində duz atılmış yollardakı kalsium və maqneziumun Model S maşınlarının sükanındakı boltlarda aşınmaya səbəb olduğunu bildirən açıqlamaya bu aşınmanın aşağı sürətlərdə hərəkətdə olarkən və park edərkən sürücüyə çətin anlar yaşatdığı da əlavə olunub. Sözügedən problem səbəbilə heç bir Tesla maşınında bugünə qədər hər hansısa qəza hadisəsi baş verməyib. Lakin Tesla bu geri çağırışla maşınlarda lazımi hissələri yeniləriylə əvəz edəcək və bir növ özünü siğortalayacaq.