Artıq biometrik yoxlamalara keçilir


Digərləri 03 Apr 2018 07:11:00 216 0

Artıq biometrik yoxlamalara keçilir

2020-ci ilədək Şimali Amerika və Avropada fəaliyyət göstərən şirkətlərin 86%-i biometrik autentifikasiya üsulunu tətbiq edəcək. "Spiceworks" İT şəbəkəsinin analitikləri keçirilmiş sorğunun nəticəsinə uyğun olaraq bu haqda informasiya verib. Araşdırmanın nəticəsinə görə şirkətlərin 62%-i artıq belə autentifikasiya üsulunu tətbiq ediblər, 24%-i isə yaxın 2 ildə belə üsuldan istifadə etməyə başlayacaqlar.   Son.az ICTnews-a istinadən bildirir ki, sorğu iştirakçıları biometrik autentifikasiya metodunu loqin-parol, pin kodla müqayisədə daha təhlükəsiz üsul hesab edirlər.   Barmaq izlərinin skan edilməsi respondentlər arasında ən populyar biometrik autentifikasiya üsulu olub, şirkətlərin 57%-i bu üsuldan istifadə edirlər. Sifətin tanınması (14%), əlin geometriyası (5%),  gözün qüzehi qişasının skaneri (3%), səsin tanınması və ovuc skaneri (2%) sonrakı yerləri bölüşdürürlər.   Rəyi soruşulanların əksəriyyəti bildirib ki, onların təşkilatı smartfonun köməyi ilə biometrik autentifikasiya üsulundan istifadə edir. Hər bir dördüncü şirkətdə istifadə edilən noutbuklarda belə sistemlər qurulub.