ABŞ-da iki təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb


Dünya 03 Apr 2018 06:28:55 248 0

ABŞ-da iki təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb

Təkmühərrikli təyyarə reaktiv təyyarə ilə toqquşub

Amerikanın İndiana ştatında iki təyyarənin toqquşması nəticəsində 2 nəfər həyatını itirib.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, "Cessna 150" tipli təkmühərrikli təyyarə Marion şəhər aeroportunun uçuş-eniş zolağında "Cessna 525 Citation Jet" tipli reaktiv hava gəmisi ilə toqquşub.

Teleşirkətin məlumatına görə, hadisə qurbanlarından biri zərbənin gücündən təyyarədən yerə düşüb, digəri isə göyərtədə yanğın nəticəsində ölüb.