Bakıda sürücü maşını aşırdaraq hadisə yerindən qaçıb - FOTO


Sosial 03 Apr 2018 03:25:07 259 0

Bakıda sürücü maşını aşırdaraq hadisə yerindən qaçıb - FOTO

Hadisə Ziya Bünyadov prospektində baş verib

Paytaxtın Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Rzayev Etibar ad-soyadlı şəxs idarə etdiyi "Hundai Sonata" markalı avtomobili prospektdə aşırdaraq hadisə yerindən qaçıb.

Sürücü maşını yolun hərəkət hissəsində saxlayıb.

Onun xəsarət alıb-almadığı məlum deyil.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.