Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin


Digərləri 03 Apr 2018 00:01:00 243 0

Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - hadisələrin dinamikasını müşahidə edin, günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd qoymayacaq.

Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın. Birlikdə çalışdığınız insana təzyiq göstərməyin.

Bu, kəskin narazılığa və ya münaqişəyə səbəb ola bilər.

Hadisələrin axarına müdaxilə etməyin.

Uğur sizi fəaliyyət göstərdiyiniz və ya gözləntilərinizin olduğu sahədə yox, fərqli müstəvidə olacaq.

Buğa - günü sakit şəraitdə keçirməyə can atın. Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına çalışmağa üstünlük verin.

Passiv olmayın. Maraqlarınızın tam təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.

Ailə üzvləri, qohumlar və tanışlarla münasibətlərdə səmimi, qayğıkeş, həssas olun.

Təmaslarda təkid etməyin, iddialı və ambisioz olmayın. Problemi müzakirə və razılıqla çözün.

Axşam saatlarında alış-veriş məsləhət deyil. Əks təqdirdə aldığınız əşyanın keyfiyyəti və vacibliyi az sonra sizdə dərin şübhələr yaradacaq.

Əkizlər - aktiv olun. Əsaslı, maraqlı və perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun bərpasına fikir verin.

Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.

Ünsiyyətdə məntiqli, sayıq olun. Yaxın ətrafınızla təmaslarda problemlərə kəskin münasibət bildirməyin.

Tənqidə dözümlü olun. Diplomatik davranın, həssaslıq nümayiş etdirin.

Axşam saatlarına yaxın əhvalınız dəyişə bilər.

İstirahət edin, vaxtınızı xoş mühitdə keçirin.

Xərçəng - səhər saatlarından etibarən ətalətli olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan keçməsin.

İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlı davranın.

Günün ortasında planlarınıza ailə problemləri qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın. Sərt durumlarda güzəştə gedin. Mübahisələri alovlandırmayın, vəd verməyin.

Axşam saatlarında bir qədər istirahət edin. Məişət və cari problemlər barədə bədbin düşünməyin.

Şir - gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq.

Həddən artıq aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.

Ailə, evlə bağlı işlər, problemlər ön plana çıxacaq. Bəzi işlərin sürətli, təcili həllə ehtiyacı var.

Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcə yormayın. Qəfil zəiflik hiss etsəniz, istirahət edin.

Qız - yaxın bildiyiniz insan və dəyər verdiyiniz şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə gedin, yeni tanışlıqlarda sayıq davranın.

Alış-verişdə simiclik etməyin.

Romantik gözləntilər, yaradıcılıq istəyi, təşəbbüs istisna deyil. Bütün bunlar sizdə macəra istəyi yarada bilər.

Hisslər və emosiyalar bu gün özünüzü dəyərləndirməyə yönəlmiş sözlərə yönələcək. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.

İşlərdə sürətli nəticəyə üstünlük verin.

Həssas, məntiqli, soyuqqanlı olun.

Tərəzi - maraqlarınız və perspektivləriniz əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın, qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş perspektivdə uğur vəd edə bilər.