Orbitdən Yerin gecə görüntülərini çəkmək istədi, gördüklərindən heyrətə düşdü VİDEO


Digərləri 02 Apr 2018 23:39:00 315 0

Orbitdən Yerin gecə görüntülərini çəkmək istədi, gördüklərindən heyrətə düşdü  VİDEO

Fransalı astronavt Tom Peske orbitdən Yer kürəsinin gecə görünüşünü çəkmək istəyib. Görüntülərdə çox maraqlı nüanslar diqqət çəkir.

Son.az xəbər verir ki, astronavt Tom Peske orbitə uçuşu zamanı Yer kürəsinin gecə görünüşünü çəkmək istəsə də, orbit ətrafında olan xüsusi "qoruyucu təbəqə" onun diqqətini yayındırıb.

Tom Peske çəkilən görüntüləri özünün tviter hesabında paylaşıb. Görüntülərdə görülən qəribə, qoruyucu "qat" qeyri-adi optik effektə malikdir. Çəkilən videoda ulduzların sanki planetin səthinə doğru enişi əks olunur. Adətən atmosfer mavi rəngdə təsvir olunsa da, görüntülərdə planetin səthindən aşağı istiqamətdə üzən alov şəhərlərini xatırladan obyektlər nəzərə çarpır.

Adətən atmosferdə "incə mavi xətt" adlandırılan qatları xatırladan "qoruyucu təbəqə" Yer kürəsinin səthində gün işığı olmadan yaşıl işiq saçır. Gecə saatlarında Yer kürəsini müşahidə edən astranavt atmosferin kilometrlərlə aşağı qatına yaşıl işıq salan "qoruyucu təbəqənin" fantastik filmlərdəki kosmik obyektləri xatırlatdığını bildirib. (publika.az)