“Ünvansız qatar” nümayiş olunub (FOTO)


Digərləri 02 Apr 2018 23:39:00 277 0

“Ünvansız qatar” nümayiş olunub (FOTO)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 Mart Azərbaycanlıların Soyqırımından bəhs edən “Ünvansız qatar” tamaşası nümayiş olunub.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 Mart Azərbaycanlıların Soyqırımından bəhs edən “Ünvansız qatar” tamaşası nümayiş olunub. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşa Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanıb. Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli və teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək bildiriblər ki, bu il 31 Mart soyqırımının 100 ili tamam olur. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə faciənin 100 illiyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda genişmiqyaslı tədbirlər keçirilir. Mart soyqırımının geniş miqyasda keçirilməsi və daha ətraflı araşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mart ayının 26-da imzaladığı fərmanla mart hadisələrinin əsl tarixi qiymətini verdi. Əsərin müəllifi Əli Əmirli bildirib ki, tarixi yaşatmaq , gələcək nəsillərə çatdırmaq ədəbiyyat nüqmayəndələrinin borcudur və yazarlar tarixin unudulmuş səhifələrinəi öz əsərlərində işıqlandırmalıdırlar. Dramaturq əlavə edib ki, uzun müddət xalqdan gozli saxlanılan və sovet dönəmində bir çox insanların xəbərsiz olduğu 31 mart qırğını haqqında ilk dəfə Fransada mühacir həyatı yaşayan Azərbaycan əsilli fransız yazıçısı Baninin (Ümbülbanunun) “Qafqaz günləri” əsərində oxumuşdum və çox təəccüblənmişdim. ədəbiyyatımız uzun illər bu barədə susurdu. Zaman gəldi ki, artıq tarixi həqiqətələri üzə çıxarmağın vaxtıdır.