Həm film, həm də rejissorun həyatında oynayan aktrisalar FOTO


Digərləri 02 Apr 2018 23:21:00 283 0

Həm film, həm də rejissorun həyatında oynayan aktrisalar  FOTO

Son.az kulis.az-a istinadən rejissorların həyatında böyük rolu olan aktrisaları təqdim edir:

Fassbinder və Hanna Şiqulla - Rayner Verner Fassbinder alman kinosunun önəmli simalarından biri, "Yeni alman kinosu"nun liderlərindəndir. Şiqulla 1967-ci ildə Fassbinderlə tanış olur, onun 20-dən çox əsərində oynayır. 1982-ci ildə Fassbinderin ölümündən sonra aktrisa nadir hallarda filmlərə çəkilir.

Şiqulla onun "Dörd mövsümün ticarətçisi", "Petra fon Kantın acı göz yaşları", "Mariya Braunun izdivacı" və s. filmlərində oynayıb. Şiqulla onu qeyri-adi, maraqlı qadın obrazları yaratmağa ruhlandırırdı. Qeyd edək ki, Fassbinder homoseksual olub.  

Berqman və Liv Uilman - İsveç rejissoru İnqmar Berqman eşq macəraları ilə məşhur olub. Liv Uilman həm onun sevimli aktrisalarından biri, həm də sevgilisi idi. Onların Linn adlı qızları olsa da, heç vaxt evli olmayıblar. Uilman rejissorun 10-dan çox filmində çəkilib. Bunlar arasında "Persona", "Payız sonatası", "Pıçıltılar və qışqırtılar" adlı incilər var. Onların qızı Linn Uilman yazıçı, ədəbi tənqdiçidir.

Antonioni və Monika Vitti - Monika Vittini aktrisa kimi məhz Antonioni kəşf edib. Vitti rejissorun yaradıcılığının önəmli filmlərində rol alıb: "Tutulma", "Gecə", "Qırmızı səhra", "Macəra". "Tutulma" filminin çəkilişi zamanı Alen Delon Monikanı özünə cəlb etməyə çalışsa da, onun cəhdləri məyusluqla nəticələnib. Çünki Monika ancaq Antonioniyə aşiq idi.

Antonioni ilə Monika uzun müddət vətəndaş nikahında yaşayıblar. 10 il sonra rejissor aktrisaya evlənmə təklifi etsə də, lakin rədd cavabı alıb.

Kassavetes və Cina Roulends - Cina Roulends müstəqil Amerika kinosunun əsas nümayəndələrindən biri Con Kassavetesin həm həyat yoldaşı, həm də ilham pərisi olub. O, ərinin əksər filmlərində çəkilib. Həmin filmlərin arasında dünya kinosunda önəmli yer tutan "Premyera", "Təsir altındakı qadın", "Qloriya", "Üzlər" kimi əsərlər var. Cütlüyün oğlu Nik Kassavetes də rejissordur. 

Şabrol və Stefan Odran - Odran rejissor Klod Şabrolun filmləri sayəsində tanınıb. Onlar 16 il nikahda olublar. Oğulları Tom aktyordur.

Şabrol arvadından ayrılmasının səbəbini belə izah edirdi: 

"O, məni qadından çox aktrisa kimi maraqlandırmağa başlamışdı". 


Xəbərə aid fotolar