Qanunsuz ağac kəsənlər saxlanılıb


Kriminal 02 Apr 2018 23:25:00 306 0

Qanunsuz ağac kəsənlər saxlanılıb

Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, saat 21:00  radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb. 

Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 "Qırmızı kitab"a düşmüş xan çinar ağacı, 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri  kəsilib.