Bakıda əhaliyə 2.8 milyard manatdan artıq dəyərdə məhsul satılıb


Digərləri 02 Apr 2018 23:07:00 374 0

Bakıda əhaliyə 2.8 milyard manatdan artıq dəyərdə məhsul satılıb

2018-ci ilin yanvar-fevral aylarında Bakıda pərakəndə ticarət şəbəkəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çox və ya 2 milyard 858,7 milyon manat məbləğində məhsul satılıb.

Son.az Trend-ə istinadən bildirir ki, əhaliyə xidmət subyektləri tərəfindən 799,8 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,9 faiz artıb.