Pomidorun qiyməti niyə bahadır? VİDEO


Digərləri 02 Apr 2018 22:58:00 335 0

Pomidorun qiyməti niyə bahadır?  VİDEO

Paytaxt bazarlarında pomidorun 1 kiloqramının qiyməti 4-6 manat arasında dəyişir.

Son.az bildirir ki, satıcıların sözlərinə görə, bu məhsulun topdansatış qiyməti yüksək olduğundan onlar da məcbur bu qiymətə satırlar.

Halbuki, ötən ilin müvafiq dövründə pomidor alıcılara təxminən 3 manatdan təklif edilib.

Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Bəşir Quliyev isə deyir ki, bu il mart-aprel ayı üçün istehsal gözləniləndən aşağı olub.Bu da qiymətlərin baha olmasının başlıca səbəbidir.