İmişlidə yol ilə gedən piyadanı maşın vurub


Sosial 02 Apr 2018 22:32:24 231 0

İmişlidə yol ilə gedən piyadanı maşın vurub

Hadisə bu gün axşam Məhəmmədli kəndində baş verib

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1973-cü il təvəllüdlü İmişli şəhər sakini Məmmədov Sabit Bahadır oğlu bu gün axşam Məhəmmədli kəndində yol ilə gedərkən “Jiquli” markalı avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.