İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb


Dünya 02 Apr 2018 21:47:29 261 0

İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb

Şimal prospektində yerləşən "Burger King" restoranlar şəbəkəsinin kafelərindən birində baş verib

İrəvanın mərkəzindən keçən Şimal prospektində güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə aprelin 2-də Bakı vaxtı ilə 20:44-də İrəvanın Şimal prospektində yerləşən "Burger King" sürətli qidalanma restoranlar şəbəkəsinin kafelərindən birində baş verib.

İlkin məlumata görə, restoranın mətbəxində oksigen balonu partlayıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Ölən yoxdur.

Qəza yerinə 4 xilasedici qrup, xüsusi xidmət qrupu və Böhran İdarəetmə Milli Mərkəzinin təcili yardım qüvvələri göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.