Xəsarətlə nəticələnən yol qəzası baş verib


Digərləri 02 Apr 2018 22:10:00 221 0

Xəsarətlə nəticələnən yol qəzası baş verib

Qaxda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 18 radələrində Qax şəhəri İçəribazar küçəsində yaşayan 1963-cü il təvəllüdlü Ələddin İbrahim oğlu Həsənov travmatik şok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 55 yaşlı Ələddin Həsənov idarə etdiyi minik maşını ilə qəzaya düşməsi məlum olub. Ələddin Həsənova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.